"Çelsi" "Mançester Yunayted"ə 30 milyon avro təklif edib
"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço üçün 30 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Migel Delaney məlumat yayıb.
Lakin Mançester klubu Qarnaçonu ən azı 40 milyon avro qarşılığında satmağa hazırdır. Bu səbəbdən təklifi qəbul etməyib.
Qeyd edək ki, 21 yaşlı futbolçu klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.