"Çelsi" "Mançester Yunayted"lə bacarmadı

İngiltərə Premyer Liqasında 26-cı turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Çelsi" "Mançester Yunayted"i qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

"Çelsi" - "Mançester Yunayted" - 0:0

Bu nəticədən sonra "Mançester Yunayted" 50 xalla 2-ci, "Çelsi" 44 xalla 5-cidir. Turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir. "Lester" 49 xalla 3-cüdür.