"Çelsi" - "Qarabağ" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Çelsi" - "Qarabağ" görüşünün biletləri satışa çıxıb. SportLine.az xəbər verir ki, London təmsilçisi Ağdam klubu ilə matçın biletlərini 35 funt-sterlinqdən (75 manat) satışa çıxarıb.
Uşaqlar və yaşlılar üçün biletlərin qiyməti isə 17,5 funt-sterlinqdir (38,5 manat).

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.