"Çelsi" seneqallı oyunçusu ilə müqaviləni uzadıb
"Çelsi" 23 yaşlı hücumçusu Nikolas Ceksonla yeni müqavilə imzalayıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, londonlular seneqallı oyunçu ilə 2033-cu ilə qədər razılıq əldə ediblər.
O, 2023-cü ildə "Vilyarreal"dan "Çelsi"yə 37 milyon avroya transfer olunub.
Paytaxt klubunun heyətində 48 oyuna çıxan Cekson 19 qolla yadda qalıb.
Qeyd edək ki, futbolçu 2022-ci ildən Seneqal millisinin üzvüdür.