"Çelsi" transferə doymur - Pedroda gəldi
"Çelsi" brazilyalı futbolçu Joao Pedronun transferini həll edib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, bu keçid üçün London klubu "Brayton"a 50 milyon avro ödəyəcək.
23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol 7 asistlə yadda qalıb.
Qeyd edək ki, Joao Pedro Klublararası Dünya Çempionatında iştirak edə biləcək.