"Çelsi" türkiyəli futbolçu üçün 65 milyon avro ödəməyə hazırdır
"Çelsi" "Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız üçün 65 milyon avro ödəməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
20 yaşlı sol cinah vingerinin Turin klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Kenan Yıldız ötən mövsüm meydana çıxdığı 52 matçda 12 qol 7 asistlə yadda qalıb.