"Çelsi" və "Bavariya" Messinyo üçün hərəkətə keçib

"Palmeyras"da Endrikdən sonra daha bir gənc istedad Avropaya transfer oluna bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Çelsi" və "Bavariya" klubu "Palmeyras"ın Messinyo ləqəbli gənc futbolçusu Estevao Villian üçün təklif göndərməyə hazırlaşır.

17 yaşlı braziliyalı futbolçu müqaviləsində 60 milyon avroya yaxın sərbəst buraxılma maddəsi var.

Qeyd edək ki, "Palmeyras"ın əsas komandasında bu mövsümdən çıxış edən Villian 18 oyunda 7 qol vurub, 3 asist edib.