"Çelsi" və "Tottenhem" argentinalı futbolçu üçün transfer yarışına girib

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço üçün iki London klubundan təklif var.

Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Tottenhem" 21 yaşlı sol cinah vingerinin xidmətində maraqlıdır.

Lakin Qarnanço "zadəganlar"ın düşərgəsinə qoşulmaq istəyir. 

"Tottenhem"dən gələn təklifi rədd edib.

Qeyd edək ki, gənc futbolçunun "Mançester Yunayted"in rəhbərliyi ilə münasibətləri pozulub.