"Çelsi"də ayrılıq
"Çelsi"nin fransalı futbolçusu Kritofer Nkunku "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubu Nkunku üçün qarşı tərəfdən 60 milyon avro tələb edir.
27 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olmaq istəyir.
Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnilər daxil olmaqla çıxış etdiyi 29 matçda 13 qol və 4 asistlə yadda qalıb.