"Çelsi"də ayrılıq gözlənilir

"Çelsi"nin ingiltərəli futbolçusu Tayrik Corc karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Leipziq" T.Corcu transfer etməyə yaxındır.

19 yaşlı futbolçunun transfer qiyməti 10 milyon avrodur.

Qeyd edək ki, Tayrikin London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.