"Çelsi"dən "Everton"a 82 milyonluq təklif
"Çelsi" "Everton"un belçikalı ulduzu - Romelu Lukakuya elçi düşüb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" Liverpul təmsilçisi ilə ilkin razılığa gəliblər.
Razılığa əsasən, London klubu "Everton"a 82 milyon avro ödəyəcək.
Qeyd edək ki, hücumçu 2014-cü ildə "Çelsi"dən "Everton"a 28 milyon avro müqabilində keçmişdi.