“Çelsi”dən “Mançester Yunayted”ə təklif var

"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço üçün rəsmi təklif göndərib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matt Lov məlumat yayıb.

21 yaşlı futbolçunun dəyəri 40 milyon avrodur.

Qeyd edək ki, Qarnaçonun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.