"Çelsi"dən növbəti həmlə

"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers "Çelsi"nin maraq dairəsindədir.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Enzo Mareska 22 yaşlı futbolçunu komandasında görmək istəyir.

Rocersin transfer qiyməti 50 milyon avrodur. 

Qeyd edək ki, sözü gedən futbolçu "Mançester Siti"nin yetirməsidir.