"Çelsi"dən yeni həmlə
"Çelsi" "Nottingem Forest"in futbolçusu Ola Aynanı transfer etmək istəyir.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, London klubu Ola Aynanı mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.
28 yaşlı futbolçu "Nottingem Forest"lə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Ola Ayna "Çelsi" yetirməsi sayılır.