"Çelsi"dən yeni transfer
"Çelsi" klubu Jorrel Hato transferini tamamladı.
Sportline.az insayder Fabritsio Romanonun məlunatına istinadən xəbər verir ki, niderlandlı müdafiəçi üçün "Ayaks" klubuna 40 milyon avro ödənib.
Oyuncu Londona gedərək həkim yoxlanışından keçəcək və ingilis klubu ilə 7 illik müqavilə imzalayacaq.