"Çelsi"ni "Porto"ya dəyişir
"Çelsi"nin ingiltərəli futbolçusu Karney Çukvuemeka klubdan ayrılmağa hazırlaşır.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Porto" K.Çukvuemeka üçün London klubuna 18 milyon avro təklif edib.
İngiltərə klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, 21 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Karney bu mövsüm 5 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.