"Çelsi"ni "Tottenhem"ə dəyişə bilər
"Tottenhem" "Çelsi"nin fransalı forvardı Kristofer Nkunkunu transfer etməyə çalışır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "mahmızlar" oyunçunun meneceri ilə əlaqə saxlayıb.
"Çelsi"nin rəhbərliyi 27 yaşlı futbolçu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, Nkunku ötən mövsüm meydana çıxdığı 48 matçda 15 qol 5 asistlə yadda qalıb.