"Çelsi"nin futbolçusu "Əl-Nəsr"də

"Çelsi"nin gənc futbolçusu Anjelo Qabriel karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, 19 yaşlı braziliyalı "Əl-Nəsr"in heyətində çıxış edəcək.

Bu haqda London klubunun rəsmi səhifəsində məlumat yayılıb.

Ərəblərin bu transfer üçün 23 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, "Çelsi" bu futbolçunu ötən il "Santos"dan transfer etmişdi.