"Çelsi"nin gözü o futbolçunun üzərindədir
"Çelsi" klubu yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Sky Germany"a istinadən xəbər verir ki, "Çelsi" Bundesliqa 2 komandalarında olan "Nürnberq"in futbolçusu Stefanos Zimas üçün hərəkətə keçib.
"Nürnberq"in rəhbərliyi Stefanos üçün "Çelsi"dən 5 milyon avro tələb edir.
Qeyd edək ki, 18 yaşlı futbolçunun "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq.