"Çelsi"nin hücumçusu "Yuventus"a keçə bilər

"Çelsi"nin albaniyalı oyunçusu Armando Broya karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 22 yaşlı oyunçunun xidmətində "Yuventus" klubu maraqlıdır.

"Qoca sinyora" Broyanı Vlahoviçin əvəzedicisi kimi heyətə qatmaq istəyir.

Ötən mövsüm "zadəganlar"ın heyətində 27 oyuna çıxan gənc forvard aktivinə 2 qol və 1 asist yazdırıb.

Qeyd edək ki, Broya Avro 2024-də Albaniya millisinin heyətində 2 oyunda meydana çıxıb.