“Çelsi”nin Osimhen sevgisi
Bu yay icarə əsasında “Qalatasaray”a transfer olunan nigeryalı hücumçu Viktor Osimhen yanvarda Türkiyədən ayrıla bilər.
Sportline.az “Sky Sport” kanalına istinadən xəbər verir ki, “Çelsi” Osimhenin heyətinə qatmaq üçün yenidən hərəkətə keçib.
“Çelsi” rəhbərliyi yanvarda Osimhen üçün “Napoli”yə 75 milyon, “Qalatasaray”a isə 6 milyon avro pul təklif edəcək.
Qeyd edək ki, Osimhenin transfer dəyəri 75 milyon avrodur.