"Çelsi"nin qapıçısı "Bornmut"a transfer olunub
"Çelsi"nin ispaiyalı qapıçısı Kepa Arissabalaqa digər Premyer Liqa klubu "Bornmut"a keçib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, icarə əsasında "Bornmut"un yolunu tutan 29 yaşlı qolkiper yeni klubu ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
Kepanın "Çelsi" ilə müqaviləsi 2025-ci ildə başa çatacaq. Ötən mövsümü "Real"da keçirən qapıçı 20 oyunun 9-da qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Kepanın transfer dəyəri 12 milyon avrodur.