Çempion doğma meydanda məğlub oldu
Fransa Liqa 1-in 33-cü turundə çempionluğunu rəsmləşdirən PSJ "Park de Prens"də "Tuluza"nı qəbul edib.
Sportline.az xəbər verir ki, görüş "Tuluza"nın 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
PSJ 8-ci dəqiqədə Mbappe ilə irəli çıxsa da, "Tuluza" 13-cü dəqiqədə Dalinqa, 68-ci dəqiqədə Qboho və 90+4-cü dəqiqədə Frank Maqrinin vurduğu qollarla görüşdən qalib ayrılıb.
PSJ-nin 33 turdan sonra 70 xalı var. Aktivində 43 xalı olan "Tuluza" 10-cudur.
Qeyd edək ki, Fransa Liqa 1-də mövsüm növbəti həftə sona çatacaq.