Çempionlar Liqası: "Beşiktaş" "Borussiya" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Beşiktaş"ın futbolçuları Domaqoy Vida və Aleks Teyşeyra Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Dortmund "Borussiya"sı ilə oyunu buraxacaqlar.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sözügedən oyunçuların zədələnməsidir. Hər iki futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, "Beşiktaş" - "Borussiya" görüşü sentyabrın 15-i keçiriləcək.