Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman, İtaliya “Milan”ından Rafael Leao və Portuqaliya “Benfika”sından Fredrik Aursnes iddia edirlər.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.