Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub
Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, ölkə çempionu İspaniyada "Sevilya"ya 0:3 hesabı ilə uduzduğu qrup mərhələsinin V tur oyununda start heyətdə meydana 6 yeniyetmə oyunçu buraxıb.
Əvvəlki rekord İngiltərə "Arsenal"ının 2009-cu ildə Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə məğlub olduğu görüşdə qeydə alınıb. Həmin vaxt London təmsilçisi 5 yeniyetmə ilə meydana çıxıb.
"Kopenhagen"in oyunçusu Runi Bardaqji 16 yaş 344 günündə meydanda olub. Yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində 17 yaşdan aşağı debüt edən 19-cu futbolçudur.
Qeyd edək ki, G qrupunda 2 xalla sonuncu sırada qərarlaşan Danimarka klubu 5 qarşılaşmada qol vura bilməyib.