Çempionlar Liqası: "Portu" "İnter"ə, "Mançester Siti" "Leyptsiq"ə qarşı

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. "Portu" "İnter"i, "Mançester Siti" "Leyptsiq"i qəbul edəcək. Sözügedən görüşlərdən sonra ÇL-in daha iki 1/4 finalçısı müəyyənləşəcək.

Qeyd edək ki, daha əvvəl "Bavariya", "Milan", "Çelsi" və "Benfika" 1/4 finala vəsiqəni təmin edib.

14 mart

00:00. “Portu” (Portuqaliya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
İlk oyun – 1:1

15 mart

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 2:0.

00:00. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

İlk oyun - 5:2