Çempionlar Liqası: "Bavariya" PSJ-yə, "Milan" "Tottenhem"ə qalib gəldi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. PSJ "Bavariya"nı, "Milan" "Tottenhem"i qəbul edib. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 8-i keçiriləcək.

Çempionlar Liqası,1/8 final
İlk oyunlar

14 fevral

00:00. PSJ (Fransa) – “Bavariya” (Almaniya)

Qol: Koman, 53
Paris. “Park De Prens” stadionu

00:00. “Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə)

Qol: Dias, 7
Milan. “San Siro” stadionu

15 fevral

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə)

21 fevral

00:00. "Ayntrax" (Almaniya) - "Napoli" (İtaliya)
00:00."Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

22 fevral

00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə_