Çempionlar Liqası: PSJ "Monako"nun qonağı olacaq
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilir.
Sportline.az xəbər verir ki, bu mərhələ Fransa klublarının duelinə səhnə olacaq.
"Monako" öz meydanında "Paris Sen-Jermen"lə qarşılaşacaq.
Knyazlıq klubunda itkilərin sayı kifayət qədərdir. Kristian Mavissa, Erik Dayer, Lukas Hradeski, Mohammed Salisu, Kassum Ouattarra, Poul Poqba, Takumi Minamino və Maqnes Akliuş zədəlidir.
PSJ-də Fabian Ruiz, Kuentin Endcanto və Senni Mayulu baş məşqçi Luiz Enrikenin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Monako" - "Paris Sen-Jermen" görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Qarşılaşmanı ispaniyalı hakim Xesus Xil Manzano idarə edəcək.