Çempionlar Liqası: "Real" "Liverpul"a, "Napoli" "Ayntraxt"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Turnirin son qalibi "Real" evdə İngiltərə "Liverpul"unu qəbul edəcək. Komandalar arasında baş tutan ilk oyunda Madrid təmsilçisi qələbə qazanıb - 5:2.

Günün digər oyununda "Napoli" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunu sınağa çəkəcək. Tərəflər arasındakı ilk oyun italyanların qələbəsi ilə başa çatıb - 2:0.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları

15 mart


00:00. "Real" (İspaniya) - "Liverpul" (İngiltərə)
İlk oyun - 5:2

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya)
İlk oyun - 2:0