Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportline.az xəbər verir ki, bu ada İtaliyanın "Milan" klubundan Olivye Jiru, İspaniya "Real Madrid"indən Federiko Valverde, Almaniya "Leyptsiq"indən Kristofer Nkunku və İspaniya "Barselona"sından Ferran Torres iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.