Çindən "Çelsi"yə 70 milyonluq təklif

Çinin "Tianjin" klubu "Çelsi"nin futbolçusu Diyeqo Kostaya elçi düşüb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, çinli biznesmen - Sun Yuhui ispaniyalı ulduzu komandasında görmək istədiyini dilə gətirib. 

Artıq Super Liqa təmsilçisi London klubuna rəsmi təklif də ünvanlayıb. Transferin reallaşması üçün S.Yuhui 70 milyon funt-sterlinq xərcləməyə hazır olduğunu bildirib. 

"Zadəganlar", hələ ki, təklifə cavab verməyiblər. Xəbərlə bağlı fikirlərini bölüşən D.Kosta isə, "İngiltərədə xoşbəxtəm", - deyib.

Qeyd edək ki, D.Kosta 2014-cü ildən "Çelsi"nin şərəfini qoruyur.