ÇL: 1/4 finalın daha iki iştirakçısı bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçiriləcək.

SportLine.az xəbər verir ki, diqqətlər, əsasən, Londona yönələcək. Fransada PSJ-yə uduzan "Çelsi" məsələni "Stemford Bric"də həll etməyə çalışacaq. 

"Zenit" isə "Benfika" ilə görüşdə Lissabondakı uğursuzluğu unutdurmağa çalışacaq.

09 mart 2016
Çempionlar Liqası, 1/8 final (Cavab oyunları)


21:00. "Zenit" - "Benfika"

23:45. "Çelsi" - PSJ