ÇL: "Başakşəhər" uduzdu, "Seltik" darmadağına sevindi
UEFA Çempionlar Liqasında "pley-off" həyəcanı davam edir. SportLine.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma keçiriləcək.
Azərbaycanlı futbolsevərlərin diqqəti İstanbula yönələcək. Türkiyə təmsilçisi "Başakşəhər" doğma meydanda "Sevilya" ilə üz-üzə gələcək.
Gecənin digər maraqlı mübarizəsi İtaliyada yaşanacaq. Burada "Napoli" "Nitsa" ilə münasibətləri aydınlaşdıracaq.
Oyun gününün afişası belədir:
16 avqust 2017
Çempionlar Liqası
"Pley-off", ilk oyunlar
"Seltik" - "Astana" - 5:0
QOLLAR: Yevgeni Postnikov, 32/a.q., Skott Sinkleyr, 42, 60, Ceyms Forrest, 79, Li Qriffits, 88
"Hapoel Beer-Şeva" - "Maribor" - 2:1
QOLLAR: Markos Tavares, 10 (0:1), Antoni Nvakaeme, 12 (1:1), Şir Tzedek, 45+2-pen. (1:2)
"Napoli" - "Nitsa" - 2:0
QOLLAR: Dris Mertens, 13. Jorjinyo, 70/p.
"Olimpiakos" - "Riyeka" - 2:1
QOLLAR: Heber, 42 (0:1), Vadis Ocica, 66 (1:1), Aleksis Romao, 90+3 (2:1)
"Başakşəhər" - "Sevilya" - 1:2
QOLLAR: Serxio Eskudero, 16 (0:1), Elcero Elia, 64 (1:1), Vissam Ben Yedder, 84 (1:2)