ÇL: Bu gün meydana çıxacaq komandaların heyətindəki son durum

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, doğma meydanda 1-0 hesabı ilə qalib gələn "İnter"  Portuqaliyaya da qələbə əzmi ilə yollanıb. Amma, bu, asan vəzifə sayılmır. Dalber və Robin Qosens zədə üzündən italiyalılara kömək edə bilməyək. "Portu"da isə Evanilson, Joao Marselo, Fransisko Mayşedo zədə üzündən, Otaviyo isə cəzalı olduğundan meydana çıxa bilməyəcək.

Gecənin digər maraqla gözlənilən oyununda "Mançester Siti" "Leyptsiq"i qəbul edəcək. Görüşün favoriti meydan sahibləri sayılsalar da, qonaqlar da meydana qələbə əzmi ilə çıxacaqlar. Komandaların heyətində itkilər var. "Mançester Siti"də Benjamin Mendi, qonaqlarda isə Diallo, Piter Qulaçi, Nkunku, Ksaver Şlaqer zədəlidir.

Hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlanacaq.