ÇL-də daha 4 komanda 1/8 finala yüksələ bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda "Liverpul" səfərdə "Ayaks"a uduzmasa, 1/8 finala vəsiqə qazanacaq. Qrupun digər matçında "Napoli" "Reyncers"i qəbul edəcək. 

B qrupunda "Portu" Belçikada "Brügge"yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid "Atletiko"su öz meydanında"Bayer"lə görüşdə xal itirməlidir.

C qrupunda Milan "İnter"i Çexiyanın "Viktoriya"nı məğlub etsə, pley-offa vəsiqə qazanacaq. Qrupun digər matçında  "Barselona" "Bavariya"nı qəbul edəcək. 

D qrupunda "Sportinq"i qəbul edəcək "Tottenhem" qalib gəlsə, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə "Marsel" Almaniyada "Ayntraxt"ın (Frankfurt)  qonağı olacaq.

26 oktyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Napoli" - 12 . "Liverpul" - 9. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)

Xal durumu: "Brügge" - 10. "Portu" - 6. "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 12. "İnter" - 7. "Barselona" - 4. "Viktoriya" - 0

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa)

Xal durumu: "Tottenhem" - 7. "Marsel" - 6. "Sportinq" - 6. "Ayntraxt" - 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-off vəsiqəni təmin ediblər.