ÇL-də qrup mərhələsi yekunlaşır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, turun son oyun günündə E, F, G və H qruplarında 8 görüş keçiriləcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmalı, eyni zamanda "Zalsburq"un "Milan"a uduzmasını gözləmilidir.

F qrupunda Ukrayna "Şaxtyor"u (Donetsk) Almaniyanın "Leyptsiq" klubunu qəbul edəcək. "Leyptsiq"i növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də qane edir. Donetsk klubu isə mütləq qalib gəlməlidir. 

 

2 noyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

00:00. "Çelsi" (İngiltərə) - "Dinamo" (Zaqreb, Xorvatiya)

00:00. "Milan" (İtaliya) - "Zalsburq" (Avstriya)

Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4

F qrupu

21:45. "Real" (İspaniya) - "Seltik" (Şotlandiya)

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya)

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

00:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)

00:00. "Mançester Siti" (İngilttərə) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2

H qrupu

00:00. "Yuventus" (İtaliya) - PSJ (Fransa)

00:00. "Makkabi" (Hayfa, İsrail) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3

Qeyd edək ki, buna qədər İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.