ÇL finalında azarkeş

Bu mövsüm Çempionlar Liqasının final matçına azarkeşlər buraxıla bilər.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb. Nəşr mayın 29-u İstanbulda keçiriləcək həlledici matçda Atatürk Olimpiya Stadionunun 50 faizinə azarkeşlərin buraxılacağını iddia edib. Bildirilib ki, hazırda bununla bağlı Türkiyə Futbol Federasiyası, UEFA və Türkiyə hökuməti arasında danışıqlar davam edir. Tərəflər finalda stadionun 50 faizinin doldurulmasının tərəfdarıdır. Ancaq ən pis variantda bu rəqəmin 30 faiz ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda koronavirus səbəbindən matçlara azarkeşlər buraxılmır.