ÇL: "Qarabağ"ın V turdan sonra mövqeyi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turu da arxada qaldı.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu turda “Napoli”yə uduzaraq (0-2) yarış cədvəlində 3 pillə geriləyib. 

Startda “Benfika”ya (3:2), ardınca “Kopenhagen”ə (2:0) qalib gələn, 3-cü turda “Atletik”ə uduzan (1:3), ardınca “Çelsi” ilə heç-heçə (2:2) edən, son turda isə "Napoli"yə məğlub olan Azərbaycan çempionu 7 xalla 19-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 final mərhələsinə yüksələcək.

9-24-cü yerin sahibləri bəxtlərini pley-off-da sınacayaqlar. Mübarizəni 25-36-cı yerdə başa vuranlar isə avrokuboklarla vidalaşacaqlar.

“Qarabağ” növbəti oyunu dekabrın 10-da, Bakıda "Ayaks"a qarşı keçirəcək.