ÇL: Yeni mövsümün təqvimi

UEFA İcraiyyə Komitəsi futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün təqvimini təsdiqləyib.

Sportline.az xəbər verir ki, yarışın ilkin seçmə məhələsinin oyunları bu il 13-18 oktyabr, əsas mərhələsinin görüşləri isə 19-24 noyabr tarixlərində keçiriləcək. Elit raund iştirakçıları isə gələn il 16-21 fevral tarixlərində meydana çıxacaqlar. “Dördlər finalı” isə 2021-ci ilin aprelində, “Minsk Arena”da baş tutacaq.   

Azərbaycan çempionu mübarizəyə əsas mərhələdən başlayacaq.