Cokoviç növbəti mərhələdə

Dünyanın 1 nömrəli raketka ustası Novak Cokoviç Melbrunda keçirilən “Australian Open 2024”-ün üçüncü turunda Argentina təmsilçisi Tomas Etçeveriyə (ATP reytinqində 32-ci) qalib gəlib.

Sportline.az xəbər verir ki, serbiyalı idmançı hər üç setdə rəqibini üstələməklə pərəstişkarlarını sevindirib. 

Bunun üçün Novaka 2 saat 31 dəqiqə lazım olub.

Cokoviç “Australia Open 2024”ün növbəti turunda Adrian Mannarino (Fransa) - Ben Şelton (ABŞ) qarşılaşmasının qalibi ilə oynayacaq.

Melburndakı yarış yanvarın 28-dək davam edəcək.