Cud Bellingem ən yaxşı seçildi

DÇ-2026-nın L qrupunun 2-ci turunda keçirilən İngiltərə - Qana oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, bu, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem olub.

23 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

Sözügedən görüş 0:0 hesabı ilə yekunlaşıb. 

Qrup mərhələsinin son turunda İngiltərə Panama ilə, Qana isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 28-də keçiriləcək.

Banner