Cud Bellingem hakimin yalnış qərarına münasibət bildirib

"Real Madrid"in ulduz futbolçusu Cud Bellingem hakimin yalnış qərarı ilə bağlı açıqlama verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, gənc hücumçu açıqlamasında :"Bu günə kimi gördüyüm ən bərbad hakim qərarıdır. Hücumda olduğumuz zaman necə görüşü yekunlaşdırıb qolumuzu ləğv edə bilər, bunu anlamıram. La Liqa rəsmiləri bu məsələ ilə bağlı araşdırma aparmalı və hakimin nə üçün belə bir hərəkət etdiyini aydınlaşdırmalıdır",-deyib.

Qeyd edək ki, "Valensiya" "Real Madrid" görüşünün son saniyələrində Bellingem qol vursada hakim top havada olarkən final fitini səsləndirdiyi üçün keçərsiz olub. Görüş 2-2 hesblı heç-heçə ilə başa çatıb.