Tokio-2020: Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.

Sportline.az xəbər verir ki, Azərbaycan idmançılarının də rəqibləri bəlli olub. Cüdoçuların mübarizəsinə iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə öncə Kəramət Hüseynov və Aişə Qurbanlı çıxacaq. Olimpiadada cüdo yarışlarına iyulun 31-də yekun vurulacaq.

Kişilər

60 kq

Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

 

66 kq

Orxan Səfərov - Erlan Serikjanov (Qazaxıstan)

 

73 kq

Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)

 

81 kq

Murad Fətiyev - Frederik Harris (Sierra Leone)

 

90 kq

Məmmədli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi

 

100 kq

Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)

 

+100 kq

Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)

 

Qadınlar
 

48 kq

Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)

 

+78 kq

İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi