Dağıntılar altında qalan Kristian Atsunun cəsədi tapıldı

"Hatayspor"un futbolçusu Kristian Atsu Hataydakı zəlzələdə vəfat edib.

Sportline.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə qanalı oyunçunun agenti Murat Uzunmehmet məlumat verib: "Onun cansız bədəni dağıntılar altından çıxarıldı".

Qeyd edək ki, K.Atsu karyerası ərzində "Çelsi", "Everton", "Nyukasl", "Portu", "Malaqa", "Bornmut" kimi komandaların formasını da geyinmişdi.

Xatırladaq ki, fevralın 6-ı Türkiyənin bir neçə şəhərində güclü zəlzələ baş vermişdi. Atsu həmin vaxtdan dağıntılar altında qalmışdı və onun axtarışları gedirdi.