Daha 4 güləşçimiz mübarizəyə qoşulur

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə daha dörd güləşçimiz mübarizə aparacaq. 

66 kq çəki dərəcəsində Elman Muxtarov ümidləri doğrultmağa çalışacaq. 75 kq-da Şəmistan Quluzadə, 85 kq-da İslam Abbasov fəxri kürsüyə qalxmaq uğrunda yarışacaq. 130 kq-da isə Oyan Nəzəriani ölkəmizin şərəfini qoruyacaq.

Xatırladaq ki, çempionatın ilk günündə komandamız 1 gümüş və 2 bürünc medal qazanıb.