Daha bir güləşçimiz Rusiyada medal qazanıb

Daha bir sərbəst güləşçimiz Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.

Bu barədə Sportline.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Milli komandanın üzvü Cəbrayıl Qadjiyev bu yarışda yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.