Daha bir məşhur klub karantinə alındı
İtaliyanın "Torino" klubu bütün kollektivlə birlikdə karantinə alınıb.
Sportline.az xəbər verir ki, Turin klubunda kütləvi yoluxmalar olub.
"Torino" bu səbəbdən bu gün A seriyasının 20-ci turunun "Atalanta"ya qarşı matçına çıxmayacaq.
Qeyd edək ki, "Torino"dan əvvəl "Udineze" də tam tərkibdə karantinə alınmışdı.