Daha bir milimizin baş məşqçisi yola salındı
Üzgüçülük üzrə seçmə komandanın baş məşqçisi Sergey Bondar istefaya göndərilib.
Sportline.az xəbər verir ki, seçmənin üzvü Maksim Şemberevin isə maaşı kəsilib.
Buna səbəb Şemberevin Tokio 2020-də uğursuz çıxışıdır.
Belə ki, 28 yaşlı idmançı Olimpiya Oyunlarında 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 26-cı yeri tutub.
Qeyd edək ki, Bondar həm də Şemberevin şəxsi məşqçisidir.