Avropa çempionatında daha iki medal

Bolqarıstanın Ruse şəhərində Avropa çempionatı (U-23) davam edir. SportLine.az xəbər verir ki, yarışın dördüncü günündə daha iki güləşçimiz xalça üzərinə çıxıb. 

Ən yaxşı nəticə 58 kq çəki dərəcəsindəki təmsilçimiz Alyona Kolesnikin aktivindədir. Finaladək bütün rəqiblərini məğlub edən güləşçimiz qızıl medalın bir addımlığında Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Həlledici görüşdə rəqibin müqavimətini qıra bilməyən Kolesnik gümüş medala yiyələnib. 

53 kq çəki dərəcəsində Leyla Qurbanova isə bürünc medal qazanıb. Üçüncü yer uğrunda görüşdə Qurbanova isveçli Sandra Sofia Sarkkineni üstələyib.

Xatırladaq ki, dörd gündən sonra komandamızın aktivində 1 qızıl, 2 gümüş və 5 bürünc medal var.